Bu yay çimərliklərdə təcili tibbi yardım olacaqmı?

  • 2026.06.15 16:41
  • 100 Baxış
Bu yay çimərliklərdə    təcili tibbi yardım olacaqmı?



Çimərliklərdə tibbi yardım ehtiyacının yarana bilmə zərurəti nəzərə alınaraq, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi tərəfindən müvafiq tədbirlər görülür.


Medicina.az xəbər verir ki, TƏBİB məlumatına görə, çimərliklərdə hər hansı boğulma hadisəsi baş verdikdə və Təcili Tibbi Yardım xidmətinə çağırış daxil olduqda, həmin ərazilərə coğrafi baxımdan daha yaxın olan təcili yardım stansiyalarından briqadalar yönləndirilir.


Qeyd edək ki, çimərliklərin çoxluğu, həmçinin təcili yardım çağırışlarının intensivliyi nəzərə alınaraq hər bir çimərlikdə ayrı-ayrılıqda briqadaların birbaşa təhkim olunması nəzərdə tutulmur.


medicina.az