Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Bunun bir oyun olduğunu da beynimdən keçirirəm" - Nərgiz Cəlilova koronavirus depressiyasına düşdüyünü etiraf etdi

  • 2020.04.21 19:43
  • 3222 Baxış
 "Bunun bir oyun olduğunu da beynimdən keçirirəm"  - Nərgiz Cəlilova koronavirus depressiyasına düşdüyünü etiraf etdi



"Koronavirusu bir neçə mərhələdə yaşadım. Virus yayılanda əvvəl inanmadım. Sonra gördüm bütün dünyaya yayılıb, inanmağa başladım. Çox böyük depressiyaya düşdüm. Rəfiqələrimdən belə uzaqlaşdım. Bir dostum dedi ki, əgər depressiyaya düşərsənsə, onu pik həddə çatdır,sonra düzələcəksən. Mən də depressiyanın pikinə çatdım. Heç kimlə danışmadım, bədbin filmlərə baxdım və kömək etdi".


Medicina.az xəbər verir ki, bu sözləri Əməkdar artist Nərgiz Cəlilova bildirib.

"Evdə tək yaşayıram. Başladım ev işləri görməyə, yemək bişirdim, eyvanda güllərimlə vaxt keçirirəm. Daha pozitiv filmlərə baxmağa başlayıram.

Əvvəl insanlar qaydalara riayət etdi, evdə qaldı. Sonra başladılar darıxmağa, aqresivləşməyə: söz atdılar, təhqir etdilər, ittihamlar irəli sürmək. Bu cür hadisələrlə üz-üzə qaldıq. Biz hər dəqiqə çağırışlar edirik, bir yerdə olaq, virusa qalib gələk. Necə oldu bizim birliyimiz?

Mənim ürəyimdə bir fikir var: bunun bir oyun olduğunu da beynimdən keçirirəm. Karantin bitəndən, həyat əvvəlki axarına düşəndən sonra fəsadı nə olacaq, bilmirik. Ümid edirəm ki, bir yuxu kimi keçib getsin. Yəqin bunun tüstüsü çıxacaq. Çünki bu fikir beynimi düşündürür".