Burnuna zəli girdi, xəbəri olmadı

  • 2026.01.26 17:44
  • 230 Baxış
Burnuna zəli girdi, xəbəri olmadı



Vyetnamda tətildən sonra Daniela Liveraninin burnundan qanaxma başlayıb.

Qadın burnunun motosiklet qəzasında zədədən qanadığını güman edirdi.

Medicina.az xəbər verir ki, bir müddət sadəcə burnundan qanaxmaya dözən qadın burnundan laxta kimim nəsə çıxdığını gördü. Bu ümumiyyətlə qan deyildi.

Özünü xəstəxanaya çatdıran qadının burnundan həkimlər uzun bir canlı zəli çıxardılar.

Zəli bir ay idi ki, onun burnunda qalmışdı. Əgərzəli beyninə çatsaydı, vəziyyət daha da pisləşə bilərdi. Xoşbəxtlikdən, dəvət olunmamış qonaq çıxarıldı. Daniela güman edir ki, həşərat üzərkən və ya su içərkən burnuna girib.

Aygün Musayeva