Burnunu əməliyyat etdirmək üçün 5 günlük körpəsini satdı

  • 2022.07.14 15:35
  • 1772 Baxış
Burnunu əməliyyat etdirmək üçün 5 günlük  körpəsini satdı

33 yaşlı qadın burun əməliyyatı etdirmək üçün 5 günlük körpəsini satıb.

Bakupost.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Rusiyada baş verib.


Adı açıqlanmayan ananın körpəsini gənc bir cütlüyə 2 min 900 sterlinq qarşılığında satdığı anlaşılıb. Belə ki, körpənin səhhətində problem yarandığı üçün onu satın alan ailə xəstəxanaya müraciət etməli olub. Burada körpənin doğum şəhadətnaməsi həqiqəti üzə çıxarıb. Polis körpənin həm öz anasını, həm də yeni ailəsini saxlayıb.

Ana normal nəfəs ala bilmək üçün burun əməliyyatı etdirməli olduğunu, körpəsini də buna görə satmaq qərarına gəldiyini açıqlayıb.
Faktla bağlı cinayət işi açılıb.


Aysel
Baku Post