Bütün dietaların təhlükəli düşməni - Qlütamat natriumdan uzaq durun

  • 2022.10.19 14:13
  • 2485 Baxış
Bütün dietaların təhlükəli düşməni  - Qlütamat natriumdan uzaq durun


İnsanı müxtəlif xəstəliklərə həssas edən və arıqlamağa imkan verməyən maddələrdən biri də qidalara qatılan qlütamat natriumdur.

"Medicina" xəbər verir ki, dietoloq Yelena Solomatina qidalara əlavə dadlandıcırı kimi qatılan qlutmatın zərərlərini açıqlayıb.

"Kolbasa, sosis, souslar, fast-fud, çips bu maddə ilə zəngindir.

Bu duz olduqca güclü iştahartırıcıdır. Pəhriz saxlayanlar bu əlavəli qidalardan uzaq durmalıdır.
Həddən artıq çox miqdarda qlutamatlı qidalar yeyənlərdə həzm pozulması, qida allergiyası, piylənmə və diabet olur.
Qlutamat istənilən ərzağa qızarmış ət, kabab qoxusu verir.

Bu maddə beyinə elə təsir edir ki, insan onu yedikcə doymur və daha çox istəyir".

Aygün Musayeva