Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Bütün planlı əməliyyatlar təxirə salınır, yalnız təcili xəstələr alınacaq” – Səhiyyə naziri

  • 2020.03.31 11:55
  • 1525 Baxış
“Bütün planlı əməliyyatlar təxirə salınır, yalnız təcili xəstələr alınacaq”    – Səhiyyə naziri


Rusiyada bütün planlaşdırılan, yəni öncədən təyin olunan bir çox cərrahi əməliyyatlar təxirə salınacaq.

Medicina.az xəbər verir ki, bu barədə Rusiya səhiyyə naziri Mixail Muraşko bildirib.

“Təcili olmayan əməliyyatların aparılması, o cümlədən bütün estetik plastik əməliyyatlar təxirə salınır. Bu, koronavirusla mübarizə aparan Rusiya səhiyyə sistemini əlavə yükdən azat etmək üçündür. Nəyi təxirə sala biliriksə, edəcəyik. Bizim imkanlarımız sərhədsiz deyil, resurslarımızı qorumalıyıq.

Bu gün vacib olan koronavirusdur. Bu, həmin xəstələr üçün də faydalıdır. Bu ərəfələr təcili olmayan əməliyyat keçirmək insanlar üçün riskdir”