Bütün xəstəxanalar Rəqəmsal Əkiz Sisteminə məcbur qoşulmalıdır

  • 2026.06.10 16:42
  • 89 Baxış
Bütün xəstəxanalar Rəqəmsal Əkiz Sisteminə    məcbur qoşulmalıdır


Tibb Rəqəmsal Əkiz Sisteminin tam fəaliyyət göstərməsi üçün bütün tibb müəssisələrinin sistemə qoşulması və məlumatları ötürməsi üzrə öhdəliklər müəyyən ediləcək.

Medicina.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Rəqəmsal Səhiyyə Mərkəzinin mütəxəssisi Sevinc Məhərrəmova deyib.

"Dəyişikliklər respublika ərazisində fəaliyyət göstərən bütün tibb müəssisələrini, eləcə də özəl tibbi fəaliyyətlə məşğul olan qurumları əhatə edəcək. Həmin müəssisələrin Tibb Rəqəmsal Əkiz Sisteminə qoşulması və vətəndaşların sağlamlıq məlumatlarını sistemə ötürməsi ilə bağlı öhdəlikləri olacaq.

Gələcəkdə bütün tibb müəssisələri üçün sistemə qoşulmaq və tələb olunan məlumatları təqdim etmək hüquqi öhdəlik olacaq".

Aygün Musayeva