Buxaq sallanmasını aradan qaldıran maska – Resept

  • 2019.04.26 11:40
  • 22177 Baxış
Buxaq sallanmasını aradan qaldıran maska –   Resept




Yaş artdıqca bir çox insanda sallanan buxaq insanın üzünün formasını dəyişir. Bu isə insanın daha yaşlı görünməsinə səbəb olur.

 

Medicina.az bildirir ki, ev şəraitində bir sıra maskaların vasitəsilə bu xoşagəlməz görüntünü aradan qaldırmaq mümkündür. 




Buxaq sallanmasının səbəbləri nələrdir? 




Yaşlanma




Buxağın sallanmasının ən əsas səbəblərindən biri yaşlanmaqdır. Əzələlər əsasən 30 yaşından etibarən elastikliyini itirməyə başlayır və bu səbəbdən də buxağın sallanması daha gözəgəlimli hala gəlir. 




Çəkinin artması




Kilə alınan zaman da əzələlər və dəri elastikliyini itirir və sallanmağa başlayır. 




Siqaret çəkmək 




Siqaret bədəndəki qan dövranını azaldır, A vitamini və digər qidalı maddələri sovrulmasını əngəlləyir və yaşlanmanı sürətləndirir. 




Uzun müddət günəşə məruz qalma




Uzun müddət günəşlənmə də dərinin vaxtsız yaşlanmasına və ən əsası kollagen miqdarının azalmasına  səbəb olur. 

 

Yalnış yatmaq 




Üzü üstə yatmaq də buxağın sallanmasına səbəb ola bilər. 




Buxağı əridən və sallanmasının qarşısını alan resept:

 

Tələb olunanlar: 




-300 ml mineral su 




-1 çay qaşığı dəniz duzu 




-1 ovuc pərpətöyün 




-1 ovuc şüyüd




Hazırlanması: 




Mineral suyu, dəniz duzunu, şüyüdü və pərpətöyünü blenderdən keçirin. Buz qabına töküb dondurun. Səhər və axşam bir ədəd donmuş qarışımı üzünüzə sürtün. Quruyana qədər saxlayıb daha sonra yuyun.