Akademik Mirməmməd Cavadzadə adına Respublika Uroloji Xəstəxanasının direktoru Fariz Babayev, eləcə də direktorun müavini-baş həkim Nicat Kərimov işdən azad edilib.
Medicina.az xəbər verir ki, “BakuPostun” əldə etdiyi məlumata görə, Fariz Babayev 20 oktyabr, Nicat Kərimov isə 21 oktyabr 2025-ci il tarixindən tutduqları vəzifədən azad ediliblər.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, onlarla bağlanmış əmək müqaviləsinə xitam verilib.
Bu barədə TƏBİB-in Müşahidə Şurasının qərarına əsasən İcraçı direktor Vüqar Qurbanov əmr imzalayıb.
Medicina.az