Cavanşir Quliyev əməliyyatdan çıxdı

  • 2024.02.12 15:33
  • 923 Baxış
Cavanşir Quliyev əməliyyatdan çıxdı

Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev İstanbulda, müalicə aldığı xəstəxanada əməliyyat olunub.

"Medicina" xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Vahidqızı məlumat verib.


O bildirib ki, artıq əməliyyat başa çatıb:

“Cavanşir Quliyevin yaxınlarından xoş xəbər gəldi, əməliyyat uğurla keçib, hər şey yolundadır”.