Azərbaycan Güləş Federasiyasının (AGF) sabiq vitse-prezidenti Cavanşir Qurbanov vəfat edib.
Medicina.az xəbər verir ki, əməkdar bədən tərbiyəsi və idman xadimi 78 yaşında dünyasını dəyişib.
Cavanşir Qurbanov Cabir Novruz Mədəniyyət fondunun prezidenti, 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenli, beynəlxalq dərəcəli hakim, Yasamal rayon ağsaqqallar şurasının sədri olub.
O, 1992-ci ildən Milli Olimpiya Komitəsinin üzvü, 1995–2006-cı illərdə AGF-nin I vitse-prezidenti, 2006 – 2017-ci ildə qurumun regionlar üzrə vitse-prezidenti olub. 2002-ci ildə Bakı şəhərində sərbəst güləş üzrə Avropa çempionatının, 2004-cü ildə Dünya Kubokunun və 2006-cı ildə kişilər arasında sərbəst, yunan-roma və qadınların sərbəst güləş üzrə Qızıl Qran-Pri beynəlxalq turnirinin final mərhələsinin Təşkilat Komitəsinin sədr müavini olub.
Qeyd edək ki, Cavanşir Qurbanov “Mənim atam qəhrəmandır” layihələrinin rəhbəri Cəlal Qurbanovun atasıdır.
Allah rəhmət eləsin!