Çay zərərlidir, bəs nə ilə əvəz edək? – Həkimdən açıqlama

  • 2025.10.17 09:40
  • 180 Baxış
Çay zərərlidir, bəs nə ilə əvəz edək?  – Həkimdən açıqlama

Bir çox xəstələrə qara çay xüsusilə faydadan çox zərər verir. Amma xəstələr çayın əvəzinə nə içəcəyini bilmir. Bu onlar üçün qlobal problemə çevrilir.


“Medicina” xəbər verir ki, tanınmış həkim Fizuli Hüseynov çayı əvəz edəcək içki vasitələrindən danışıb:

“Üzüm kolunun uc hissəsində təzə yarpaq hissələrini nazik gövdə və saplarını kəsib qurudub dəmləyib içə bilərsiz.

Dadı çox yaxşıdır, xoşagəlimlidir. Bu çay qaraciyər üçün faydalıdır. Ümumiyyətlə üzüm yarpaqlarında çox miqdar antioksidantlar var.

Bu maddələr bədəni iltihablanmadan qoruyur. Qaraciyər yeniləyici təsiri var. Mədəaltı vəz üçün də faydalıdır. Yeməkdən əvvəl köpə qarşı içə bilərsiz”.

Aygün Musayeva