Çeçenistanda karantini pozan qadınların əvəzinə ərləri və qardaşları cavab verəcək

  • 2020.05.08 18:03
  • 1503 Baxış
Çeçenistanda karantini pozan qadınların əvəzinə ərləri və qardaşları cavab verəcək


Çeçenistan prezidenti özünütəcrid və icazə rejimini pozan qadınlara qarşı maraqlı mübarizə forması düşünüb.

Medicina.az xəbər verir ki, icazəsiz və maskasız küçəyə çıxan qadınların ərləri və qardaşları cəzalandırıla bilər. Bu barədə Çeçenistan Parlamentinin spikeri Maqomed Daudov məlumat verib.

Daxili işlər nazirliyi əməkdaşları mentalitet və dini baxımdan qadınların tutub bölməyə aparmaq və onlara toxunmaq istəmədiklərindən, qadınların əvəzinə qardaş və ərlərini məsuliyyətə cəlb etməyi məqsədəuyğun hesab edirlər.
Kişilər öz ailəsinin qadınlarının hara necə çıxmasına nəzarət etməlidir.