Cərrahlar uşağın burnundan nəhəng badam çıxartdı

  • 2022.08.15 15:41
  • 1256 Baxış
Cərrahlar uşağın burnundan nəhəng badam çıxartdı

Moskva ətrafında Remenski şəhərində cərrahlar 6 yaşlı uşağın burnunun dərinliyində ilişib qalan yekə qozu çıxarıb.

Bakupost.az xəbər verir ki, uşaq evdə valideynləri olmadığı halda, maraqdan masada olan badamı burnuna salıb.

Badam geri gedərək ilişib. Uşaq bütün günü özü burnundan badamı çıxarmağa cəhd etsə də daha da pisləşib.

Valideynləri uşağı dərhal xəstəxanaya götürüb. Rentgendə badamın yuxarı tənəffüs yoluna yaxın dərin yerləşdiyi və ağrı verdiyi məlum olub.


Badam zond vasitəsilə xaric edilib.