Cəzalandırılan plastik cərrah və stomatoloqların SAYI

  • 2026.03.03 12:22
  • 70 Baxış
Cəzalandırılan plastik cərrah və stomatoloqların  SAYI

2026-cı il fevral ayı ərzində 12 stomatoloq barəsində inzibati tənbeh tədbiri seçilərək müvafiq maddələrə əsaslanan protokollar yazılıb.

Bu barədə Medicina.az -a Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Bildirilib ki, 2026-cı il fevral ayı ərzində 3 plastik cərrah barəsində inzibati tənbeh tədbiri seçilərək müvafiq maddələrə əsaslanan protokollar yazılıb:

"Protokollar əsasən sertifikasiya şəhadətnaməsi olmaması və lisenziyadankənar fəaliyyətlə əlaqədardır. Eyni zamanda fevral ayında 34 yoxlama keçirilib".