"ChatGPT-ni silin" çağırışı başladı: Səbəbi

  • 2026.03.02 21:15
  • 306 Baxış
"ChatGPT-ni silin" çağırışı başladı:  Səbəbi

Sosial mediada ChatGPT boykotuna başlanılıb.

Milyonlarla istifadəçi ChatGPT-ni silir və alternativ tətbiqləri yükləyir.

Medicina.az xəbər verir ki, dünyanın ən populyar süni intellekt tətbiqi olan ChatGPT boykot edilir.



"ChatGPT-ni silin" boykotu sosial mediada milyonlarla insana çatıb.

"ChatGPT-ni silin" heşteqi ilə paylaşımlar istifadəçiləri səfərbər edib.

Diqqət onun təsisçisi olan OpenAI-yə yönəldilib və detallar ortaya çıxıb.

OpenAI-ın baş direktoru Sem Altman ABŞ Hərbi Nazirliyi (Pentaqon) ilə nazirliyin gizli şəbəkəsinə texnologiya təmin etmək üçün

müqavilə imzaladığı barədə açıqlaması geniş ictimai reaksiyaya səbəb oldu.



Tənqidlər artdıqca dünyanın hər yerindən minlərlə ChatGPT istifadəçisi sosial mediada abunəliklərini ləğv etdiklərini elan etdi.

Pop musiqi ulduzu Keti Perri də X platformasında "ChatGPT-dən imtina etdiyini" bildirdi və Claude-a abunə olduğunu göstərən ekran görüntüsünü paylaşdı.

Baş direktor Sem Altman tənqidlərə müqavilədə silahları və kütləvi nəzarəti qadağan edən ciddi təhlükəsizlik bəndlərinin olduğunu bildirsə də cavab təsirli olmayıb.



İstifadəçilər Anthropic tərəfindən hazırlanmış süni intellekt tətbiqi olan Claude-a keçdiklərini elan etdilər.

Aygün
Medicina.az