Çin alimləri xərçəngin dərmanını tapmaq üzrədir

  • 2023.06.06 11:47
  • 1995 Baxış
Çin alimləri xərçəngin dərmanını tapmaq üzrədir

Çin alimləri xərçəng əleyhinə təbii dərman olan vinblastini kəşf ediblər.


"Medicina" xəbər verir ki, onlar insan orqanizminin NK hüceyrələrinin xərçəng hüceyrələrini məhv edə biləcəyini sübut edib.


Bu hüceyrələr çox vaxt "xərçəng öldürücüləri" adlanır.

Çində laboratoriya üsulları ilə oxşar NK hüceyrələrinin yaradıla biləcəyini sübut edən araşdırma da aparılıb.

Əgər müalicədə çox sayda bu hüceyrələrdən istifadə olunarsa, o zaman orqanizmin onkologiyaya qalib gələ bilməsi mümkündür.

Bunun üçün təbii Catharanthus roseus bitkisindən istifadə etmək olar, çünki o, şişlərin böyüməsini dayandıra bilən və metastazların inkişafının qarşısını ala bilər.


Alimlər bu bitki tərkibli dərmanın sınaqlarını aparır.

Aygün Musayeva