Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Çin koronavirusun dərmanını tapdı - Ad açıqlandı

  • 2020.03.18 11:50
  • 2877 Baxış
Çin koronavirusun dərmanını tapdı -  Ad açıqlandı

Çində koronavirusa təsir edən dərman tapılıb.

HaberGlobal-ın xəbərinə görə, Çin Milli Biotexnologiya İnkişaf Mərkəzinin rəhbəri Zanq Xinmin preparatın adını açıqlayıb.


O, “Favipiravir” adlanan bu dərmanın yeni növ koronavirusun sağalma müddətini 11 gündən 4 günə endirə bildiyi qeyd edib.
Onlar bu qənaətə 80 xəstənin üzərində apardıqları təcrübədən sonra gəliblər.

Bundan əlavə Z.Xinmin dərmanın yan təsirlərinin olmadığını da deyib.

Qeyd edək ki, “Favipiravir”in 2014-cü ildən Yaponiyada apteklərdə satıldığı qeyd edilib.