Çində koronavirusdan sonra daha bir ölümcül xəstəlik yayılmağa başlayıb.
Medicina.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. .
Çində bir nəfərin avtobusda hantavirus səbəbindən öldüyü, digər 32 sərnişinin karantinə aparıldığı bildirilib.
Qeyd edək ki, hantavirus insana gəmiricilərdən keçir. Əlamətləri başağrısı, yüksək hərarət, halsızlıqdır. Virusun insandan insana keçmədiyi vurğulanıb.