Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

COVID-19 5 dəqiqəyə aşkarlanacaq - Yeni test hazırlandı

  • 2020.03.25 10:33
  • 2297 Baxış
COVID-19 5 dəqiqəyə aşkarlanacaq -  Yeni test hazırlandı
Sinqapurda alimlər yeni tip koronavirusun diaqnostikası üçün ekspress test hazırlayıblar.

Medicina.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Elm, Texnologiya və Tədqiqatlar Agentliyinin professoru Ceki İn məlumat verib.


Məlumata görə, “Cepat” adı verilən yeni test sistemi virusun genetik materialını müəyyən edir və 5-10 dəqiqəyə nəticələri göstərir.

Testin kütləvi istehsalı və istifadəsi üçün lisenziyanın bir ay ərzində alınacağı gözlənilir. Lisenziya aldıqdan sonra testlər bütün xəstəxana və klinikalarda tətbiq ediləcək.