Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

COVID-19-un ikinci dalğası birincidən də ağır olacaq- Ekspert

  • 2020.04.22 11:20
  • 1465 Baxış
COVID-19-un ikinci dalğası birincidən də ağır olacaq - Ekspert



ABŞ-da COVID-19-a yoluxmanın ikinci dalğası daha ağır ola bilər.

Medicina.az xəbər verir ki, bunu ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Mərkəzin rəhbəri Robert Redfildə istinadən məlumat yayıb.

O, buna səbəb kimi ikinci dalğa ilə qrip epidemiyasının üst-üstə düşməsini göstərib. İkinci dalğanın bu ilin qış aylarına təsadüf etməsi gözlənilir.

Mütəxəssisin sözlərinə görə, eyni vaxtda iki respirator xəstəliyin yayılması ölkənin səhiyyə sistemini “ağlasığmaz yüklənmə”yə məruz qoyacaq.