Çox əsəbləşən qadınlar tez qocalır

  • 2023.03.06 18:39
  • 1445 Baxış
Çox əsəbləşən qadınlar tez qocalır
Araşdırmalar göstərir ki, qadınlar stess keçirdikləri zaman fiziki qocalmaya məruz qalırlar.

“Medicina” xəbər verir ki, stressli anla bədən hüceyrələrinin daha intensiv yaşlanmasına səbəb olur.

Daimi stress hüceyrələrin bioloji yaşına bir neçə il əlavə edir.

Nyukasl Universitetinin tədqiqatçıları aralarında 39-nun xroniki xəstə uşağı olan 58 yaşlı ananın hüceyrələrini tədqiq ediblər.

Məlum olub ki, həyatı xəstə uşağa nəzarət səbəbindən daimi stresslə müşayiət olunan qadınlarda hüceyrə xromosomlarında telomerlər yaş normasından xeyli qısa olub.


Telomerlər - xromosom zəncirinin hissələridir, hüceyrə səviyyəsində yaş göstəriciləridir.

Araşdırmalara görə, dərin və xroniki stresslər o qədər dağıdıcı ola bilər ki, hətta xromosomların strukturuna təsir göstərə bilər.

Həkimlərin fikrincə fizioloji aktivlik orqanizmin cavan qalmasına yardım edə bilər.

Günay