Çox içən kişilər bu 2 qidanı yeməlidir - Qaraciyəri qorumaq üçün

  • 16 Apr 2022 15:13
  • 1521 Baxış
Çox içən kişilər bu 2 qidanı yeməlidir  - Qaraciyəri qorumaq üçün


Çox alkoqol qəbul edənlərdə qaraciyər hüceyrələri zədələnir

Bakupost.az xəbər verir ki, həkim dietoloq Marina Makişa qaraciyəri spirtli içkinin təsirindən qoruya biləcək 2 vacib qidanı açıqlayıb.

Şirniyyat, qızarmış yeməklər, alkoqol qaraciyərin yağlanmasına səbəb olur. Bu qidalar və içkilərdən çox istifadə edən insanlar qaraciyəri qorumaq üçün tomat-pomidor və kəsmik əlavə etməlidirlər.

"Pomidor şirəsində likopin maddəsi güclü antioksidantdır, o qaraciyərin hüceyrələrini bərpa edir. Hətta alkoqol aludəçilərinin də qaraciyərini toksinlərdən təmizləyə bilər.

Kəsmikdə isə metionin adlı amin turşusu qaraciyərə faydalıdır. O maddələr mübadiləsini tənzimləyir".
Ona görə də içki içənlər sağlamlıqları naminə bu 2 qidanın faydasından yararlansın.


Aygün Musayeva
BakuPost