Çox işləyən adamlar tez infarkt olur

  • 2022.10.17 14:26
  • 1467 Baxış
Çox işləyən adamlar tez infarkt olur

Həftədə 55 saatdan çox işləyənlərin infakrt olma riski çoxalır.


"Medicina" xəbər verir ki, Amerika alimləri iş saatlarının ürək-damar sisteminə mənfi təsirini araşdırıb.
Dünyada hər 5 nəfərdən 2-si həftədə 48 saatdan çox işləyir

Halbuiki 48 saat həftənin yüksək iş həddidir.

Hays kompaniyasının məlumatına görə, Rusiyada hər 5-ci işçi həftədə 50 saat, ümumi 9% 55 saata yaxın işləyir.

Sistematik təhlil göstərib ki, həftədə 55 saat və çox işləyənlərdə insult riski 33%, infarkt isə 13% daha çoxdur.
Standart iş saatı 35-45 arası olmalıdır.

Kanadalı alimlər yeni tədqiqatda isə iş saatının təkrak, ikinci infarkta səbəb olduğunu açıqlayıb.

Tədqiqatda 967 pasiyent iştirak edib. Onlar artıq ilk ürək tutmasını keçirən 60 yaşdan aşağı insanlar idi.

Müşahidələr zamanı iştirakçıların 21%-də təkrari infarkt baş verib. Məlum olub ki, həftədə 55 saat və çox işləyənlərdə ürək-damar faciəsi 2 dəfə çox olub nəinki 35-40 saat işləyənlərdə.

Ona görə də alimlər infarkt keçirib işləməyə davam edən xəstələrə həftədə 40 saatdan artıq çalışmamağı tövsiyə edir.

Aygün Musayeva