Çox "qreçka" yemək hormonal pozulma yaradır - Həkim

  • 2022.04.01 15:36
  • 2573 Baxış
Çox "qreçka" yemək hormonal pozulma yaradır  - Həkim


Həddən artıq çox qarabaşaq (qreçka) yemək xüsusən qadınlarda hormonal disbalansa səbəb ola bilər.

Bakupost xəbər verir ki, bunu həkim terapevt Timur Asanov bildirib.

Mütəxəssis bildirib ki, həftədə 2-3 dəfə qreçka yemək təhlükəsizdir.

Lakin 3-4 gün ardıcıl olaraq ancaq qarabaşaq yemək, eləcə də qadınların arıqlamaq üçün qreçka pəhrizinə əməl etməsi orqanizmdə bəzi simptomlar yaradır.

Bu məhsuldan sui-istifadə etmək hormonal sistemi pozur. İnsanda baş ağrısı, allergiya, dırnaqların soyulması, qan qatılaşması baş verə bilər.

Hər gün qarabaşaq yeyənlər əgər bu simptomlar varsa ondan imtina etməli, normal qidalanmaya keçməlidirlər.

Aygün Musayeva
BakuPost