Çox yumurta yemək insulta səbəb ola bilər

  • 2022.09.06 17:33
  • 2034 Baxış
Çox yumurta yemək insulta səbəb ola bilər

Həddən artıq çox yumurtaya aludəçilik insult riskini 25% artırır.


"Medicina" xəbər verir ki, həkim kardioloq Oleq Varmofoloyev yumurtanın beyinə təsiri barədə danışıb.

"İnsultun 2 növü var: işemik və hemorragik. Birincidə tromb səbəbindən damar tıxanır, ikincidə zəif damar yırtılır, qan ətrafa yayılır.

Yeni elmi tədqiqatda göstərilib ki, çox yumurta yemək hemorragik riskini yüksəldir.

Hər əlavə 20 qr yumurta bu riski düz 25% artırır.

Bir orta yumurta 60 qramdır. Bir yumurtada 186 mq xolesterin var. Xolesterin daha çox sarısındadır.

Norma 300 mq xolesterindir. Ona görə sutkada 2 ədəddən artıq yumurta yemək zərərli ola bilər.


Əgər qanda xolesterin yüksəkdirsə, o zaman 2 yumrutadan əlavə qəbul edilən hər 20 mq artıq yumurta insult riskini artıra bilər.

Gənc, sağlam insanlar isə günə 5 yumurtaya qədər yeyə bilər".


Aygün Musayeva