Çoxlu dondurma yeməyin acı nəticələri- Ürək dayana bilər

  • 2023.06.01 15:49
  • 1308 Baxış
Çoxlu dondurma yeməyin acı nəticələri - Ürək dayana bilər
Dondurmanın iki danılmaz üstünlüyü var: istidə bizi sərinləşdirir və əhval-ruhiyyəmizi yüksəldir.

“Medicina” xəbər verir ki, dondurmanın tərkibində kalsium, D vitamini və A vitamini var. Bununla belə, dondurmanın tərkibindəki vitaminlərin miqdarı aşağıdır, əvəzinə yüksək dozada yağ və şəkər əlavələri var.

Dondurma çox yedikdə bunlar baş verir;

Yuxu pozulacaq. Tədqiqatlar göstərir ki, az lifli, yüksək doymuş yağlı qidalar yemək tez-tez gecə oyanması ilə əlaqələndirilir. Xüsusilə gecələr çox şəkər yemək. dərin yuxunun miqdarını azaldır.

Əhvalınız və beyin sağlamlığınız pisləşəcək. Dondurma kimi yağ və şəkəri yüksək olan qidalar beyin üçün zərərlidir.
Kökəlmək ehtimalı yüksəkdir. Dondurma ümumiyyətlə, kifayət qədər yüksək kalorili məhsuldur. Belə ki, çox miqdarda dondurma piylənməyə, diabetə və ürək problemlərinə səbəb ola bilər.

Xroniki xəstəliklərin riski artacaq. Belə məhsullar 2 – ci tip diabet və xərçəng də daxil olmaqla xroniki xəstəliklərin inkişaf riskini artırır.

Ürək dayanması riski artacaq. İsraildə aparılan araşdırmalara görə, ürək tutmasına səbəb ağır, yağlı yeməklərdir. Məsələ burasındadır ki, yağ və şəkəri yüksək olan qidalar qanda insulin və triqliseridlərin birdən-birə ifraz olunmasına səbəb olur, təzyiqi və ürək döyüntüsünü artırır.

Təbii ki, gün ərzində yemək rasionununzdan asılı olaraq, müəyyən qədər dondurma yemək olar. Əgər rasionununzdakı qidalar çox yağlıdırsa, həmin günü dondurma yeməsəniz daha yaxşı olar.

Aynurə Məmmədova