D vitamini bu dəhşətli xəstəliyin inkişafını dayandırır

  • 2022.10.03 16:26
  • 2515 Baxış
D vitamini bu dəhşətli xəstəliyin    inkişafını dayandırır


ALimlər D vitamininin dağımıq sklerozun qarşısını alması barədə elmi araşdırma aparıb.

"Medicina" xəbər verir ki, dağınıq skleroz nevroloji autoimmun xəstəlikdir, beyin, onurğa və gözü zədələyir.

Xəstəliyin simptomları:

- Yerişin, hərəkətin dəyişməsi
- Ayaqlarda keyimə
- Yorğunluq

- Danışığın yavaşıması
- Görmənin zəifləməsi
- Refleksllərin pozulması aiddir.

Hazırda bu xəstəlik müalicəyə tabe olmur.

Amma onun inkişafını ləngitmək, ağırlaşmasının qarşısını almaq olur.

Neurology dərgisində verilən məqalədə profilaktik məqsədlə D vitamininin dağınıq sklerozun qarşısı aldığı bildirilir.

Orqanizmdə kifayət qədər bu vitamin olduqda xəstəliyin başlanğıcını saxlamaq olur.

Tədqiqatda iştirak edən insanların bir qrupu hər gün günəşli havada gəzib və D vitamini ilə zəngin qidalar yeyib.

Nəticə göstərib ki, belə rejimə əməl edənlərdə dağınıq skleroz daha gec başlayıb, nəinki etməyənlərdə.

Aygün Musayeva