D vitamini əskikliyi diabetə səbəb ola bilər - Endokrinoloq həkim

  • 2022.10.25 15:59
  • 579 Baxış
D vitamini əskikliyi diabetə səbəb ola bilər  - Endokrinoloq həkim

Araşdırmalar göstərir ki, vitamin D azlığı 2-ci tip diabetin yaranma riskini riskini artırır. Bu barədə tədqiqatın nəticələri “Plos One” jurnalında dərc olunmuşdur.

"Medicina" xəbər verir ki,endokrinoloq Fərhad Burzu vitamin D dəyərləri az olan insanlarda 2-ci tip şəkərli diabetin yaranma riski artdığını bildirib.

Bu tədqiqatlar 900 adam üzərində Cənubi Kaliforniyada həyata keçirilmişdir. Tədqiqat əsnasında, kliniki analizlər aparılmış və vitamin D azlığının, 2-ci tip diabetin yaranma riskini artırdığı təsdiqlənmişdir.

Məlum olmuşdur ki, qanda vitamin D (25OH) səviyyəsinin hər 10ng/ml artması şəkərli diabet ehtimalını 36% azaldır.



Aygün Musayeva