D vitamininin ən yaxşı növü - Bunu içməlisiz

  • 2026.05.22 19:55
  • 106 Baxış
D vitamininin ən yaxşı növü  - Bunu içməlisiz


D vitamini bədənimizin düzgün işləməsi üçün lazım olan vacib qida maddələrindən biridir. Sağlam sümükləri, dişləri və əzələləri qorumaq üçün lazım olan fosfat və kalsium miqdarını tənzimləməyə kömək edir. Lazım olan D vitamininin çox hissəsini günəş işığından alsaq da, qışda bu çətin ola bilər.


Nəticədə, bir çox insan fevral və mart aylarında D vitamini səviyyələrinin aşağı olduğunu görür. D vitamini çatışmazlığı varsa, bu, yorğunluq, sümük ağrısı, əzələ zəifliyi və əhval dəyişiklikləri kimi bir sıra problemlərə səbəb ola bilər.

Qışda D vitamini çatışmazlığının qarşısını almaq üçün əlavələr qəbul etmək tövsiyə olunur.

Medicina.az xəbər verir ki, diyetoloq Vasilisa Ponomaryova ən yaxşı D vitaminindən danışıb.


"Yay aylarında günəş işığına məruz qalmaq bizə minimum səviyyədə D vitamini verir, lakin qış aylarında günəş işığına məhdud çıxış və Böyük Britaniyanın Şimal yarımkürəsində yerləşməsi ilə kifayət qədər D vitamini qəbul etmək mümkün deyil.

Əgər bu səbəbdən əlavələr qəbul etmək qərarına gəlsəniz, D 3 variantını seçin. D3 vitamini heyvan mənbələrindən və günəş işığından, D2 isə bitkilərdən gəlir”.

"Çoxumuz D vitamini əlavələri qəbul etməkdən faydalanardıq, lakin D2 vitamininin bitki formasından 87 faiz daha güclü olan D3 vitamini əldə etsəz, pulunuza qənaət etmiş olarsız".

Aygün Musayeva