Dağınıq skleroz xəstəliyi yanlış diaqnoz olunur – Çox xəstələrin problemi başqadır

  • 2019.04.30 20:24
  • 15018 Baxış
Dağınıq skleroz xəstəliyi yanlış diaqnoz olunur –  Çox xəstələrin problemi başqadır
Dünyada tam müalicəsi mümkün olmayan ağır nevroloji xəstəliklərdən biri olan dağınıq skleroz çox zaman səhv diaqnoz olunur. Əslində xəstələrin problemi ayrı səbəblərdir.


Medicina.az xəbər verir ki, bunu Los –Anceles Universitetinin alimləri bildirib.

Onlar hesab edir ki, bu diaqnoz qoyulmuş xəstələrin çoxu yanlışlıqla üz-üzə qalıb və səhv müalicə alır.


Dağınıq Skleroz – autoimmun xəstəlik olub, immun sistemin öz sinir hüceyrələrinin mielin qatını dağıtmasıdır. Xəstəliyin simptomları insult, miqren və digər patologiyalarla oxşardır. 


Elmi tədqiqatda 241 pasiyentin xəstəlik tarixçəsi incələnib. Alimlər 100 nəfərin diaqnozunun düzgünlüyünə şübhə ediblər.

Ciddi araşdırmalar göstərib ki, 22 nəfərdə ağır miqren digər patologiyalarla qarışıq, 15 nəfərdə isə fibromialgiya, 12nəfərdə psixosomatik pozuntu, 6 nəfərdə optik neyromielit diaqnozu imiş.


Pasiyentlərin 3-də biri 10 il idi ki, yanlış diaqnozla yaşayır və səhv müalicə alırdılar. 

Halbuki 70%-də əvvəldən düzgün diaqnoz qoymaq mümkün idi. 


Bu pasiyentlərin 4%-i hətta dağınıq sklerozun müalicəsi üçün yeni çıxan preparatların eksperimentlərində də iştirak ediblər. 

Nəticədə 31% pasiyentdə səhv müalicənin nəticəsindən əlavə başqa patologiyalar yaranıb. 


Alimlər yanlış diaqnoz səbəbindən müalicə alan xəstələrə xərclənən vəsaiti də hesablayıblar: 10 milyon dollar. 

İnsanlar ağır xəstəlik üçün nəzərdə tutulan dərmanların əks təsirindən zərər görmüş, müalicədən isə heç bir effekt almamışdılar.


Ona görə alimlər dağınıq skleroz diaqnozu qoymazdan öncə düzgün differensasiyanı vacib sayır, lazım gələrsə davamlı müayinələr aparılıb, diaqnozda tələsməməyi tövsiyyə edir.