Stavropol şəhərinin 2 saylı şəhər klinik xəstəxanasının baş həkimi Anatoliy Bılimin testi müsbət çıxıb.
Medicina.az xəbər verir ki, bu barədə həkim özü məlumat verib. Baş həkimdən başqa xəstəxananın bir neçə həkimi də koronavirusa yoluxub.
“Bəli, biz hər gün işə çıxmaqla risk edirik, amma bunu kiminsə həyatını xilas etmək üçün edirik. Lakin xəstəxana personalını yoluxdurmamaq üçün biz özümüzü təcrid edib işləməyə qərar verdik- deyə Bılim bildirib.
Bu xəstəxana Stavropol diyarında koronavirus üçün ayrılmış ilk xəstəxanadır.