Masallıda qardaşı ilə balıq tutmağa gedən 20 yaşlı gənc kanalda boğulub.
Medicina.az xəbər verir ki, 2005-ci il təvəllüdlü Əliyev İbad Güloğlan oğlu qardaşı Ramin Əliyevlə birlikdə balıq tutmaq üçün yaşadığı evdən, təxminən, 500 metr məsafədə yerləşən Şərəfə kanalına gələrək balıq tutan zaman kanala düşüb. Epilepsiya xəstəsi olan İbad İbad Əliyevin suda olarkən qıcolması tutub və kanalda boğulub.
Faktla bağlı Masallı rayon prokurorluğunda araşdırma aparılır.