"Atlas Medical Center"də fəaliyyət göstərən onkoginekoloq Turanə Nəsibovanın tibbi təhsili olmadığı iddia olunub.
Medicina.az xəbər verir ki, bu barədə oxu.az-a ünvanlanan şikayətdə qeyd edilib.
Bildirilib ki, sözügedən şəxsin tibbi fəaliyyət göstərə bilməsi üçün nəinki ali, heç orta ixtisas təhsili də yoxdur.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən (AEM) bildirilib ki, Azərbaycan Respublikasında praktik tibb fəaliyyəti ilə məşğul olmaq hüququ olan həkimlər və orta tibb işçiləri barədə məlumatlar Səhiyyə Nazirliyinin "Tibb kadrlarının vahid reyestri"ndə əks olunur. Sözügedən reyestrdə Turanə Nəsibova ilə bağlı hər hansı məlumat yer almır...
Onkoginekoloq Turanə Nəsibova və "Atlas Medical Center"dən isə telefona cavab verən olmadı.
Bütün dillər kimi Ana dilimiz də çox zəngindir. Hər münaqişə, cinayət və geniş coğrafi müharibələr belə münasibət anlaşılmazlığından başlanır? Ana dilimizdə *Sınıqçı (cərrah)*, *Loğman(ara-yerli-oper-həkimi)*, *Mamaça(fövqəl akuşer-döl çəkən)* termin və təsnifatları var. Həmin tarixi *peşə*lərin maraqlanan insanlar tərəfindən mükəmməl öyrənilib, çöl-fövqəl hallarda çevik-operativ tətbiqinin qaçılmaz-gərəkli olduğunu metrodakı doğuş və azı dörd min tibbi məntəqəsiz kəndlərimiz gözləmirmi?