Dekabrın 3-ü Mingəçevir şəhərində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Medicina.az xəbər verir ki, 63 yaşlı şəhər sakini Əntiqə İsmayılova günorta saatlarında yaşadığı evdə dəm qazından boğularaq ölüb.
Faktla bağlı şəhər prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, son günlər Samux və Bakıda da oxşar hadisələr qeydə alınıb.