Daha bir nənə xəstə nəvəsini diləndirirərkən yaxalandı

  • 18 İyn 2022 17:39
  • 756 Baxış
Daha bir nənə xəstə nəvəsini diləndirirərkən   yaxalandı

Bərdədə daha bir qadının xəstə nəvəsini diləndirməsi ilə bağlı məlumat yayılıb.


Medicina.az xəbər verir ki, bununla bağlı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib.

O bildirib ki, uşağa Serebral iflicl diaqnozu qoyulub və o, buna görə müavinət alır, ancaq buna baxmayaraq, nənəsi tərəfindən Bərdə bazarında mütəmadi olaraq diləndirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı saytımıza açıqlamasında bildirib ki, məsələdən məlumatlıdırlar:

“Hazırda Bərdə Rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılır”.