Daha bir özəl klinikadan şikayət - "1 saata 5 ölüm, elə bil qəssabxanadır"

  • 2026.01.21 17:13
  • 146 Baxış
Daha bir özəl klinikadan şikayət     -  "1 saata 5 ölüm, elə bil qəssabxanadır"

Ramanıda yerləşən Appro Hospitalda xəstə ölümü baş verib.


Medicina.az xəbər verir ki, ürəyinə stent qoyulma əməliyyatı icra edilən 56 yaşlı Rafiq Xəlilovun vəziyyəti qəfil pisləşib və onun həyatını xilas etmək mümkün olmayıb.

Ailə üzvləri sosial şəbəkələrdə Appro Hospitalı qeyd edərək, klinikanı mərhumun vəziyyətini gizlətməkdə ittiham edib.

“Guya stend qoyulub, lakin mərhumun vəziyyəti barədə yaxınlarına uzun müddət heç bir məlumat verilməyib. 1 saat xəstəxanada olduq, 5 ölüm halı haqda eşitdik. Xəstəxana deyil, qəssabxanadır elə bil. Mühafizəçiləri veriblər qabağa, xəstə (ölü) yiyələri ilə arada qan düşsə, cavab da verməyəcəklər”.



MEDİCİNA.AZ