Daha bir psixoloq qiyməti qaldırdı: 1 saatı 300 AZN - "Ən bahalısı özüməm"

  • 2022.12.02 17:39
  • 2055 Baxış
Daha bir psixoloq qiyməti qaldırdı: 1 saatı 300 AZN    - "Ən bahalısı özüməm"


Psixoloq Nizami Orucov sosial şəbəkələrdə psixoloji mövzularda sarkazmlı videoları ilə populyardır.

Bakupost.az -da yayımlanan “Azərbaycanın bahalı psixoloqlarının siyahısı” yazısından sonra Nizami Orucov da xidmət qiymətlərini qaldırmağa qərar verib.

Psixoloq həmin siyahıda olan bəzi psixoloqların savad, təcrübə baxımından ondan geri qaldığını əsas gətirir:

“Mən elə problemlərlə işləmişəm ki, heç biri bunu bacarmaz. Respublikanın bir nömrəli, bahalı, dünya standartlarına uyğun psixoloqu özüməm.

Sadəcə mərhəmətimə görə millətə əlçatan idim. Bundan sonra bir saatı 300 AZN olacaq. Amma millətçiliyimə görə bəzi qrup insanlara yaşıl pəncərə açıram. Bir də bu günə qədər işlədiyim insanlar üçün ömürlük əvvəlki ucuz qiymət olacaq. Onlara haqsızlıq istəmirəm. Amma qalan hər kəs üçün dekabrın 3-dən 300 manatdır. Mən öz dəyərimi bu vaxta qədər bilməmişəm”.



N.Orucov "ən bahalı psixoloqların siyahısı" ilə razı olmadığını da açıqlayıb:

“O siyahıda minimum 3-4 nəfərin psixoloq təhsili yoxdur. Normal, sivil ölkədə belələri çoxdan saxtakar damğası ilə o sahədən atılmışdı. Bu vaxta qədər psixoloji maariflənmə üzrə ən çox video çəkən mənəm. Mən geridə qalmış kütlənin gözünü açmağa çalışıram, məni söyürlər, daş-qalaq edirlər. Amma kabinetindən çıxmayanlara, səhifəsində qlamur şəkil paylaşanlara gedib 100-200 manatını verir.

Bu yaxında bir dostum soruşdu ki, filan psixoloqu tanıyırsan. Tanımadım. Dedi, sentyabrda türklərin 3-5 günlük kursuna getdi, indi psixoloqdur, 100 manata seans edir. Bu necə olur? 15 ildir bu sahədə təhsilimi dayandırmamışam, hələ də öyrənirəm. Bu toplum mənim kimi peşəkarların qiymətini verən deyil”.

Aygün Musayeva