Daha bir qadın əri tərəfindən öldürüldü

  • 2025.10.25 19:00
  • 227 Baxış
Daha bir qadın əri tərəfindən öldürüldü

Sumqayıt şəhərinin Xəzər bağları adlanan yaşayış massivində faciəvi hadisə baş verib. 1978-ci il təvəllüdlü İsayeva Hicran Eyyub qızı həyat yoldaşı tərəfindən döyülərək öldürülüb.

Medicina.az "Nocomment.az"a istinadən xəbər verir ki, ilkin məlumatlara görə, hadisə ailə münaqişəsi, daha dəqiqi — qısqanclıq zəminində baş verib.

Qadının aldığı xəsarətlər nəticəsində hadisə yerində vəfat etdiyi bildirilir.