Lənkəran Rayon Mərkəzi Xəstəxanasının həkim-terapevti Hacıməmməd Zamanov vəfat edib.
Medicina.az xəbər verir ki, H.Zamanov fəaliyyətinə Mirqasımov adına Respublika Klinik Xəstəxanasında başlayıb. O, daha sonra tibbi fəaliyyətini Masallı Rayon Mərkəzi Xəstəxanasında (RMX), Lənkəran Şəhər Diaqnostika Mərkəzində davam etdirib. H.Zamanov son illərdə Lənkəran RMX-nin həkim-terapevti olaraq fəaliyyət göstərib.
Allah rəhmət eləsin!