Daha bir virus yayılır: Yoluxanlar 9 gün ərzində ölürlər

  • 2022.07.13 16:49
  • 1558 Baxış
Daha bir virus yayılır: Yoluxanlar 9 gün ərzində ölürlər

Koronavirusdan sonra meymunçiçəyi ilə mübarizə aparan dünya daha bir təhlükə ilə üz-üzədir.


Bakupost.az xarici mediaya istinadən bildirir ki, yeni yayılmağa başlayan “Marbug virusu”nun Ebola virusuna bənzədiyi və hazırda
peyvəndinin olmadığı bildirilir. Ən dəhşətlisi isə odur ki, “Marbug virusu”na yoluxanlar 9 gün ərzində qan çatışmazlığından ölürlər.


Adıçəkilən virus ilk dəfə Qərbi Afrikada yerləşən Qana Respublikasında iki nəfərdə aşkarlanıb. Qısa müddət ərzində hər iki xəstə vəfat edib.

  • Elm adamları bu virusun meyvə yarasalarından yoluxduğunu düşünürlər.
  • Təhlükəli virusun simptomları isə belədir:
  • Yüksək temperatur,
  • Kəskin baş ağrısı,
  • Yorğunluq,
  • Əzələ ağrıları
Xəstəliyin sonrakı mərhələsində ishal, qarın ağrısı, mədə problemləri, ürəkbulanma, qusma müşahidə edilir. Yoluxduqdan 6-7 gün sonra isə xəstələrdə burun və diş əti qanaxmaları baş verir. Xəstələrin çoxu qan çatışmazlığından həyatını itirir.