Ağsu Rayon Mərkəzi Xəstəxanasının direktoru Gülnarə Muxtarova öz ərizəsi ilə vəzifəsindən azad edilib.
"Medicina" xəbər verir ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, G.Muxtarova Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən oktyabrın 21-dən tutduğu vəzifəsindən azad edilib.
Qeyd edək ki, son ayda bir neçə xəstəxana direktoru əmrlə çıxarılıb.
medicina.az