Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Daha bir yeniyetmə çayda boğuldu

  • 2025.07.18 15:49
  • 85 Baxış
Daha bir yeniyetmə çayda boğuldu

Saatlı rayonu ərazisində Araz çayında yeniyetmənin boğulması ilə nəticələnən hadisə baş verib.

Medicina.az xəbər verir ki, hadisə günorta saatlarında Araz çayının Saatlı rayonunun ərazisindən keçən hissəsində olub. Saatlı şəhər sakini 2012-ci il təvəllüdlü Kənan Xəqani oğlu Ramazanlı Araz çayında çimərkən suda boğulub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub. Hazırda axtarış işləri davam etdirilir.