“Daha təhlükəli infeksiyanın yaranma riski var” - Epidemioloq

  • 2020.04.01 10:34
  • 1101 Baxış
“Daha təhlükəli infeksiyanın yaranma riski var” -  Epidemioloq
COVID-19-dan daha təhlükəli infeksiyanın yaranma riski var.


Bunu Rusiyalı tibb elmləri doktoru, professor İqor Qundarov öz müsahibəsində deyib.


“Koronavirus qripdən daha güclü oldu. Son 15 ildə peyvəndlər sayəsində qripin A və B tipləri, demək olar, yox olub. İnsanlıq tibbi nailiyyətlər sayəsində qripi praktiki olaraq məhv etsə də, onun yerində başqa birini, daha təhlükəlisini “yetişdirib”, - epidemioloq bildirib.

ÜST-nin son rəsmi məlumatına görə, dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 750 890 nəfərdir, 36 405 nəfər isə bu xəstəlikdən ölüb.