“Daimi makaron yemək tez arıqladır” - Diyetoloq

  • 2023.01.16 13:46
  • 2972 Baxış
“Daimi makaron yemək tez arıqladır” -  Diyetoloq
Tanınmış diyetoloq Emma Beket makaronu daimi yeyən insanların daha tez arıqladığını bildirib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, ingilis diyetoloq makaronun balanslaşdırılmış pəhrizin bir hissəsi ola biləcəyini deyib.

O, hətta bu yeməyin arıqlamağın bir yolu olduğunu qeyd edib.

“Spagettidən imtina etmək əvəzinə, porsiyalarınızı azaltmağı düşünün. Bağırsağa müsbət təsir göstərən və toxluq hissini özündə ehtiva edən taxıl məhsullarından hazırlanan makaronlara keçmək lazımdır. Hətta əvvəlki gündən qalmış makaron daha faydalıdır. Çünki onun tərkibində olan karbohidratlar soyuduqca həzmə davamlı olan nişastaya çevrilir”, - diyetoloq vurğulayıb.