Damarların tıxanması və qanın qatılaşması xəstəlik yox, simptomdur – Həkim əsl səbəbi AÇIQLADI

  • 05 May 2021 19:09
  • 5240 Baxış
Damarların tıxanması və qanın qatılaşması xəstəlik yox, simptomdur  – Həkim əsl səbəbi AÇIQLADI


Tanınmış həkim, manual terapevt doktor Şişonin ateroskleroz kimi tanınan damar tıxanmasının əsl səbəbini açıqlayıb.
O bildirib ki, ateroskleroz onurğa arteriyalarında qan dövranın pisləşməsini göstərən simptomdur, ayrıca özlüyündə yaranan xəstəlik deyil.



Medicina.az xəbər verir ki, bu problemi olan xəstələr onurğa və boyun arteriyalarının UZİ-sini etdirməlidir. Onurğa arteriyaları beyin kökünü qidalandırır.

Damarlarda yaranan pitraqlaşmalar köpüklü olur, onlar qanın köhnəlmiş makrofaqlarıdır, hansı ki, damarların divarından içəri sızıb və burda pis xolesterini yeyərək bərkiyir.

Bu mübadiləni aparan mərkəz isə beyindəki hipotalamusdur. O, lazım olan qədər qanla qidalanmadıqda, onurğaya gedən qan dövranı pozulur, damarların içində atrerosklerostik tıxanmalar yaranır.


Normal hipotalamus makrofaqlara düzgün əmr verir və onlar damarın içində lazım olmayanı yeyib, digər yerə aparmalıdır.

Burdan belə aydın olur ki, təzyiq xəstəliyi, diabet, damarların tutulması heç də müstəqil xəstəlik yox, beyin kökü və hipotalamusun oksigen aclığı və qan dövranı pozulmasının nəticəsidir.


Hipotalamusu qidalandıran onurğa arteriyalarıdır. Bu arteriyaların sıxılması, hərəkətsizlik, ostexondroz, protruziya və s. hipotalamusun işini pozur. Ona görə də gənclər yuxarıdakı xəstəliklər yaranmasın deyə, onurğa və boyun arteriyalarının yaxşı işləməsini yoxlamalı və onurğanı daim hərəkətdə saxlamalıdırlar.