Damarların üzə çıxmasına qarşı asan yol

  • 2023.06.01 16:28
  • 1256 Baxış
Damarların üzə çıxmasına qarşı asan yol
Sadə və olduqca faydalı olan bu hərəkətlər ayaqlarda qan damarlarının işləməsinə və varikozun yaranmamasına yardım edəcək.


Bu gün 30 yaşdan kiçik qızlar və kişilər damar problemi ilə daha çox üzləşirlər.

Bunu qismən müasir həyat tərzi ilə əlaqələndirmək olar. Biz kompüter qarşısında dçox otururuq, az hərəkət edir və yeriyirik, zərərli yeməklər yeyirik və artıq çəki alırıq və bu da varikoz damarları üçün risk faktorudur.

“Medicina” xəbər verir ki, həkim – osteopat Vladimr Jivotovun sözlərinə görə, aşağıdan yuxarı qalxdıqda qan damarlarda daha yaxşı işləyir. Bu venaların sağlamlığına xeyirdir.

“Gəzərkən, xüsusən də yoxuşda, pilləkənlərlə olduqda, arada dayanın.

Daban yerə dəydikdə, venoz qan qalxır və biz onun yaxşı dövriyyəsinə kömək edirik. Beləliklə, ürəyə qanı aşağıdan yuxarı pompalamağa kömək edirik.

Daha bir asan və faydalı yol barmaqlar üstə 1-2 dəqiqə dayanmaqdır. Bu üsul ayaqlarda venoz qan dövranını yaxşılaşdırmağa çox yaxşı kömək edir

Ayaq barmaqlarınız üzərində dayanmaq və dabanınızı qaldırıb endirmək baldır və plantar əzələləri və bağları uzadacaq. Bu hərəkətlər çox yavaş bir sürətlə aparılmalıdır, sərt və bərk etmək olmaz.

Günay Quluzadə