Qulaqda qığırdaq toxumasını deşmək çox pis fəsadlar verə bilər.
Medicina.az xəbər verir ki, bunu dermatoverenoloq Şövqü Salahov bildirib.
Həkim bildirib ki, qulaq məməsi isə nadir hallarda fəsad verir:
"Qığırdağa infeksiya düşsə sağalması çox çətindir. Həmçinin, kirloid adlanan sərt toxuma yaranır ki, bunun da müalicəsi çətindir. Həm sağlamlıq, həm görünüş, həm də gələcəkdə daxili qulağa fəsad verməsi baxımından tövsiyə edilmir. Bu barədə diqqətli olun".
Aygün
Medicina.az