Ötən gecə Bakının Nərimanov rayonunda məcburi köçkünlərin yaşadığı yataqxanada baş verən dəhşətli yanğın zamanı xəsarət alan şəxslərin vəziyyətləri yaxşıdır.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Medicina.az-a bildirib ki, yanğın zamanı tüstüdən zəhərlənərək xəsarət alan və hospitalizasiya edilən 5 nəfərin vəziyyəti hazırda kafidir. Onların tez biz zamanda evə buraxılacaqları bildirilir.
S.əhmədova deyib ki, yanğından zərərçəkən şəxslərdə yanıq yaraları yoxdur, sadəcə, onlar müxtəlif dərəcədə zəhərlənmə yaşayıblar.
Qeyd edək ki, dəhşətli yanğın nəticəsində Laçın rayon sakinləri, 1951-ci il təvəllüdlü Əliyev Surxay Yusif oğlu və həyat yoldaşı, 1953-cü il təvəllüdlü Əliyeva Elza İdris qızı tüstüdən zəhərlənərək ölüblər.