Deksametazonu venaya yox, əzələyə vurun, orqanizmi rahatladır – Qazaxıstanlı həkim

  • 2020.07.20 12:03
  • 12341 Baxış
Deksametazonu venaya yox, əzələyə vurun, orqanizmi rahatladır  –  Qazaxıstanlı həkim


Son günlər Qazaxıstanı səhiyyə nazirliyi səviyyəsində ayağa qaldırıb, koronavirus xəstələrinə müalicəsini və dəstəyini əsirgəməyən həkim reabitoloq Ayna Bakeyeva deksametazon barədə maraqlı təklif irəli sürüb.


Medicina.az xəbər verir ki, o bildirib ki, koronavirus xəstələrinə venadaxili və sistemlə deksametazon vurmaq əhəmiyyətsizdir. Bunun bir çox səbəbləri var.

“Çoxları deyir ki, deksametazon pisdir, zərərləri var, bir çoxları isə bütün koronavirus xəstələrinə gündə 2 dəfə venadaxili deksametazon vurur.

Deksametazon hormondur, ondan qorxmaq lazım deyil. Mən də onu xəstələrimə təyin edirəm. Amma və lakin onu əzələ daxili, yəni yana vurmaq daha effektivdir.

Venaya daxil olanda bu dərman damarların spazmını yaradır, bu da ürək, böyrəklərin işini dəyişir, məsələn təzyiq yüksəlir, düşür və s. İnsan özünü çox pis hiss edir. Üstəlik venadan onun təsiri cəmi 3-5 saat olur.

Əzələ daxili inyeksiyanın təsiri isə yumşaq, ürəyə toxunmur, 1 sutka təsir edir və xəstənin bədənini, orqanizmini rahatladır, xəstə həmin gün özünü xeyli yaxşı hiss edib, virusla düzgün müalicə aparır.


Deksametazonu aylarla təyin etmirik ki, ondan xəstələr zərər görsün. Bəli, bu hormondur, onu sadəcə 1 həftə istifadə etmək olar. Çox yüngül keçirənlərə isə lazım deyil”.


Yazı “Zəka” Ziyalılar Məclisi İctimai Birliyinin Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi “COVİD-19 pandemiyası ilə bağlı əhaliyə tibbi və psixoloji informasiya dəstəyinin təşkili” layihəsi çərçivəsində hazırlanıb.